Savelyev və Mills erməniləri DARMADAĞIN ETDİ - Bakıdan dünyaya MESAJ
Bizi izləyin

Nida Xəbər

Savelyev və Mills erməniləri DARMADAĞIN ETDİ - Bakıdan dünyaya MESAJ

"Humanitar Forum artıq dünya miqyasında bir Azərbaycan brendi kimi qəbul olunmaqdadır. Forumda həm fəaliyyətdə olan, həm də praktiki siyasətlə məşğul olmuş, həm də digər sahələrdə tanınmış beynəlxalq nümayəndələr iştirak edirdilər. Bu da bütövlükdə fikir mübadiləsinin zənginliyini şərtləndirirdi".

Publika.az-a açıqlamasında bunu siyasi elmlər namizədi, politoloq Elşad Mirbəşiroğlu VI Bakı Beynəlxalq Humanitar forumun nəticələrini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, forum Azərbaycan brendi olaraq unikallığı ilə seçilir:

“Bu, dünyanın problemlərinin müzakirə olunduğu bir platformaya çevrilib. VI Bakı Beynəlxalq Humanitar forumu dünyanın ən müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi yaddaqalan tədbir oldu. Burada səsləndirilən fikirlər bütövlükdə insanlığı narahat edən mövzularla bağlı məsələlər idi. Diqqət mərkəzində olan məsələlərdən biri də bütövlükdə insan həyat və fəaliyyətinin bütün sahələri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində çağırışlar və müasir şəraitdə bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi idi. Xüsusilə, müasir dövrdə münaqişələrin tənzimlənməsi məsələsi gündəmdə oldu. Bu konteksdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqini xüsusi qeyd etmək istəyirəm. Prezident öz nitqində bir sıra məsələləri əhatə etməklə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları bir daha səsləndirdi, Azərbaycanın mövqeyini qəti şəkildə bir daha bəyan etdi. Dövlət başçımız açıq mətnlə qeyd etdi ki, Azərbaycan heç bir halda torpaqlarının itkisinə razı olmayacaq. Bu baxımdan beynəlxalq ictimaiyyəti, ümumiyyətlə, prosesdə iştirak edən tərəfləri münaqişənin tənzimlənməsi istiqamətində fəallaşmağa dəvət etdi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanın reallıqları həm əyani şəkildə Bakıya gələn qonaqlara nümayiş etdirildi, həm cənab Prezidentin nitqində, həm də panellərdə çıxışlar zamanı qonaqların diqqətinə çatdırıldı. Azərbaycanda tolerantlıq, sabitlik və təhlükəsizlik mühitinin mövcudluğu, bütün sahələrdə etibarlı əməkdaşlıq üçün məkan olması həm əyani şəkildə, həm də təcrübi istiqamətdə qonaqların diqqətinə çatdırıldı. Bu baxımdan, VI Humanitar Forum da özünün səmərəli istiqamətləri ilə yaddaqalan oldu”.

Politoloq forumda beynəlxalq nümayəndələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Diqqətçəkən məqam həm də ondan ibarət idi ki, dəvət olunan qonaqlar da münaqişənin ədalətli həllini məhz Azərbaycan torpaqlarının azad olunması olaraq görürlər. “Bu, olmadan münaqişənin tənzimlənməsi mümkün deyildir” tezisinin öz yerini tutması və qonaqların dilindən səslənməsi ondan xəbər verir ki, bütövlükdə qlobal miqyasda Azərbaycanın ədalətli mövqeyi qəbul edilir. Bu konteksdə Rusiyanın Dövlət Dumasının deputatı Dmitri Savelyevin çıxışını xüsusi qeyd etmək istəyirəm. Bu, ABŞ-ın Ermənistanda səlahiyyətlərini başa vurmaqda olan səfiri Riçard Millsin bəyanatı ilə də üst-üstə düşür. O, ermənilərə xitabən qeyd etmişdi ki, münaqişənin həllini istəyirsinizsə, onda Azərbaycan torpaqlarını işğaldan azad etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Bu ölkələrin nümayəndələrinin belə fikir səsləndirməsi bütövlükdə ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsində ədalətli tərəf kimi Azərbaycanın haqlı mövqeyi qəbul olunur və münaqişənin tənzimlənməsinin də məhz işğal olunmuş torpaqların azad olunmasından keçdikləri bəyan olunur”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm