Nida Xəbər
Paşinyan dekabrdan sonra ya əraziləri qaytaracaq, ya da... - ABŞ-dan İrəvana GÖZLƏNİLMƏZ TƏLƏB
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con
Botonun regiona səfəri, xüsusilə Ermənistanda “Dekabrda keçiriləcək
növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik
etdiyi partiya qələbə qazanacaqsa, bu, Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması məsələsində daha qətiyyətli və həlledici addımlara
təşəbbüs etmək üçün yaxşı imkan olacaq” açıqlamasını verməsi,
həmçinin, İrəvanın Tehranla münasibətlərə son qoymasını tələb
etməsi işğalçı ölkədə ciddi narazılıq və təşvişlə qarşılandı.
Publika.az xəbər verir ki, İrəvanda ABŞ-ın Ermənistanı öz
maraqlarına qurban verəcəyi haqqında danışılır.
Erməni siyasi şərhçi Romella Mnasakanyan yazır ki, Boltonun
açıqlaması ABŞ üçün öz maraqlarının hər şeydən üstün olduğunu bir
daha göstərdi.
“Məlumdur ki, Bolton Ermənistanı anti-İran koalisiyasına qoşmaq
üçün gəlmişdi. O, hadisələrin inkişafının İranla yaxşı müttəfiq
münasibətlərinə malik olan Ermənistanın maraqlarına cavab
verib-vermədiyinə tüpürür. Bolton məsləhət görmür, sadəcə
Ermənistandan tələb edir. Lakin ABŞ-dan gələn qonaq Bakı ilə elə
davranmadı. O, 907-ci düzəlişin ləğv edilə biləcəyindən danışdı və
Azərbaycanın Vaşinqton üçün olduqca əhəmiyyətli olduğunu, iki
ölkənin münasibətlərinin vacibliyini vurğuladı. Ermənistana gələndə
isə Bolton balta çıxardı və inqilaba görə tərifləyərək,
yekunlaşdırdı. Daha sonra tələblərə başladı. Tələb etdi ki,
Ermənistan Rusiya yox, ABŞ silahını almalıdır. İranla münasibətlərə
son qoymağın vaxtının çatdığını bildirdi. Boltonun Bakı və İrəvana
münasibəti ABŞ-ın yanaşmasını aydınlaşdırdı. Və onun sözlərindən
belə çıxdı ki, dekabrdakı seçkilərdə Paşinyan qalib gələcək,
ardınca da Qarabağ münaqişəsilə bağlı Ermənistandan geri çəkilmək,
əraziləri qaytarmaq tələb olunacaq”, - deyə erməni şərhçi qeyd
edib.
Erməni politoloq Arman Melikyan hesab edir ki, ABŞ regionu ümumi
strategiyası çərçivəsində formalaşdırmağa başlayacaq: “Bu vəziyyət
Dağlıq Qarabağda ya münaqişənin həlli ilə nəticələnə bilər, ya da
müharibəni başlanması ilə. Hər şey Ermənistanı idarə edən
dairələrin riskləri hesablamağı bacarmasından və dekabrdakı
seçkidən sonra atacağı addımlardan asılı olacaq”.
Asif
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq





























.webp)








