Nida Xəbər
Zakir Həsənov Hulusi Akara başsağlığı verdi: "Bu xəbər məni dərindən kədərləndirdi"
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, başsağlığında bildirilir:
"Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Qeyd edək ki, Türkiyədə silah anbarında baş verən partlayış nəticəsində 7 hərbçi ölüb, daha 25 nəfəri yaralanıb.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia