Poluxin xanım prezidentlə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Poluxin xanım prezidentlə görüşdü - FOTO

Azərbaycan Respublikasının iqamətgahı Braziliya şəhərində olan Trinidad və Tobaqo Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin parlamentinin Senatorlar Palatasının prezidenti xanım Kristin Kanqalo ilə görüşüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən Publika.az-a bildiriblər ki, görüşdə səfir Azərbaycan haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında əməkdaşlıq üçün mövcud potensialdan söhbət açıb. Diplomat, həmçinin müasir dövrdə parlament diplomatiyasının əhəmiyyətindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Xanım Kristin Kanqalo ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə səylərin artırılması barədə razılığa gəliblər.

Elxan Poluxov Trinidad və Tobaqo Respublikası parlamentinin Senatında xatirə kitabını imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm