Nida Xəbər
Türkiyədə Əhməd Cavadın adı əbədiləşdiriləcək – FOTO
Azərbaycan Xalq Cümhuriyyətinin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfransda iştirak etmək üçün İstanbulda səfərdə olan millət vəkili Qənirə Paşayeva İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmən ilə görüşüb.
Publika.az xəbər verir ki, millət vəkili Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı fikir mübadiləsi aparıb. Q.Paşayeva yaxın zamanlarda İstanbulda Azərbaycanla bağlı küçə, abidələrin daha da artacağına, Azərbaycanla bərabər, Türkiyə üçün də böyük xidmətlər göstərmiş böyük ziyalıların xatirəsinə abidə və lövhələrin qoyulacağına inandığını deyib və Üsküdar bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Azərbaycanın böyük şairi, “Çırpınırdı Qara dəniz”" şeirinin müəllifi və Azərbaycanın Milli Marşının müəllifi, Türkiyə üçün də böyük fədakarlıq, xidmətlər göstərmiş Əhməd Cavadın adının əbədiləşdirilməsi təklifi ilə çıxış edən millət vəkili onun irsinin gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə İstanbulda Əhməd Cavadın adına Mərkəzin açılmasını təklif edib. İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmən millət vəkilinin təklifini dəstəklədiyini deyib və yaxın zamanlarda Üsküdarın önəmli mərkəzlərindən və ya qurumlarından birinə Əhməd Cavadın adının veriləcəyini bildirib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Qafqaz İslam Ordusunun sıralarında İstanbuldan da olan babalarımızdan danışan millət vəkili onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının önəmini vurğulayıb.
Hilmi Türkmən Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Azərbaycanı çox sevdiyini deyən Hilmi Türkmen ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.
Hilmi Türkmənə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən Q.Paşayeva onu Azərbaycana dəvət edib.
Q.Paşayeva bir sıra təşkilat rəhbərləri, gənclər, qadın təşkilatları rəhbərləri və gənc fəallar ilə də görüşüb, Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...