Ekspert: "Eleni Teoxarusun siyasi fəaliyyətinin fəlsəfəsini Avropada ekstremizmi yaymaq təşkil edir”
Bizi izləyin

Nida Xəbər

Ekspert: "Eleni Teoxarusun siyasi fəaliyyətinin fəlsəfəsini Avropada ekstremizmi yaymaq təşkil edir”

Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur.

Publika.az xəbər verir ki, bunu "Səs" Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, E.Teoxarus Azərbaycan ictimaiyyətinə çox yaxşı tanışdır: "Bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri, bunun nəticəsində "ölkəyə girişi arzu olunmayan şəxslərin siyahısı"na daxil edilməsi və haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan Avropa Parlamentinin Kiprdən olan üzvü növbəti qalmaqalla gündəmə gəlib.

Ekspert vurğulayıb ki, erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə "ölkəyə girişi arzu olunmaz şəxs" elan olunub:

"Avropa Parlamentinin Kiprdən olan bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyinin, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib. Əlbəttə ki, Albaniyanın belə bir qərarı heç də təəccüb doğurmur və bunun heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etmək olar".

B.Quliyev əlavə edib ki, bu gedişlə kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü "statusu"nu da qazana bilər:

"Onu da əlavə etmək lazımdır ki, Eleni Teoxarusun Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanla sıx əlaqələri var. Kiprli deputatın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də "arzuolunmaz şəxslər siyahısı"na daxil olunması erməni lobbisinin də növbəti ifşasıdır. Görünən odur ki, Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur və onun siyasi fəaliyyətinin fəlsəfəsini Avropa qitəsində ekstremizmi yaymaq təşkil edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm