Tahir Kərimli: "Mən bu sözlərdən sonra camaatın qarşısına necə çıxacağam?
Bizi izləyin

Nida Xəbər

Tahir Kərimli: "Mən bu sözlərdən sonra camaatın qarşısına necə çıxacağam?

Bu günə qədər parlamentimizin hələ də televiziyası yoxdur. Yaxın vaxtlarda əhalimizin sayı 10 milyona çatacaq. Cənubi Qafqazın böyük dövlətiyik. Maddi imkanımız da imkan verir ki, parlamentin televiziyası yaradılsın.

Publika.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.

Kərimli əlavə edib ki, parlamentin televiziyasının yaradılması seçicilərə imkan verəcək ki, deputatların fəaliyyətini daha yaxından izləsinlər və hətta nəzarət etsinlər: "Hətta parlamentdə qeydiyyatdan keçən jurnalistlər də bu televiziyada çalışa bilərlər. Bəzən televiziyalarda bizim fikirlərimiz təhrif edilir. Məsələn, mənim dövlət himni ilə bağlı fikirlərim təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırıldı. Bu problemi hamımız yaşaya bilərik. Demədiyim sözlər mənim adamından yayıldı. Ciddi şəkildə tənqid edildim. Ağsunun bir neçə kəndində görüşüm olacaq. Mən bu təhrif edilən sözlərdən sonra camaatın qarşısına necə çıxacağam? Bu mənada, parlamentin özünün televiziya kanalının olması vacibdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm