Qüdrət Həsənquliyevdən SƏRT SÖZLƏR: Onların yeri bura deyil...
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyevdən SƏRT SÖZLƏR: Onların yeri bura deyil...

“2019-cu ilin dövlət büdcəsinin komitə iclasında müzakirəsi zamanı cərimə və rüsumlardan ayrı-ayrı məmurların əmək haqqının artırılmasına etiraz etdim. Təklif etmişəm ki, cərimələrdən Prezident Administrasiyasına ayrılan beş, Nazirlər Kabinetinə isə ayrılan iki faiz ya aradan qaldırılsın, əgər aradan qaldırılmırsa, bu məbləğin müəyyən hissəsi həm də Milli Məclisin əməkdaşlarının əmək haqqına əlavə olunsun”.

Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili əlavə edib ki, komitədə işlətdiyi bu fikirləri bəzi jurnalistlər təhrif edərək qələmə verib ki, guya Qüdrət Həsənquliyev məsələ qaldırıb ki, həmin üç faiz deputatlara verilsin. Bundan sonra keçmiş həmkarımız Cəmil Həsənli başda olmaqla, o cümlədən xaricdəki ünsürlər məni, Milli Məclisi və hökuməti təhqir etməyə başladı. Peşəsinə hörmət etməyən jurnalistlərin yeri bura deyil. Onların akkreditasiyası ləğv edilməlidir”.

Q.Həsənquliyev Milli Məclisin əməkdaşlarının əmək haqlarının artırılmasını vurğulayıb: “Heydər Əliyevin dövründə bizim iqtisadi vəziyyətimiz daha ağır idi. O zaman Milli Məclisin əməkdaşları və deputatlar üçün mənzil tikildi. 2003-cü ildə mənzil alanlardan biri də mən olmuşam. Buna görə də, həmişə mərhum prezidentə rəhmət diləyirəm. İndi iqtisadi durumumuz daha yaxşıdır. Hörmətli Samir müəllim, Milli Məclis əməkdaşlarının mənzillə təminatına ehtiyac var. Onların aldıqları maaşla mənzil almaq çox çətindir. Bununla bağlı hökumətin düşünməsinə ehtiyac var”.

Deputat əlavə edib ki, büdcədən Milli Məclisin ezamiyyət xərclərinin artırılması vacibdir. O deyib ki, Azərbaycan xarici siyasətinin həyata keçirilməsində Milli Məclisin müstəsna rolu var. NATO Parlament Assambleyasının Kanadada payız sessiyası başlayacaq. Ora yalnız bir deputatımız gedə bilib. Hesab edirəm ki, bu sahəyə maliyyənin artırılmasına ciddi ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm