Nida Xəbər
Azərbaycanla Rusiya BƏYANAT İMZALADI - FOTOLAR
Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Rusiya Mədəniyyət naziri Vladimir Medinski arasında ikitərəfli görüş keçirilib.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar.
Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.
VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində keçirilən təntənəli imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.
Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.
Forumun ikinci günü nazir Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.
Forum öz işinə 18 noyabr tarixinədək davam edəcək.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO