“Bu, ölkəmizdə insan amilinə verilən yüksək dəyərdir” - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

“Bu, ölkəmizdə insan amilinə verilən yüksək dəyərdir” - Millət vəkili

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi məsələsi başlanılıb. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir.

Publika.az-a açıqlamasında Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva istər şəhid ailələrinin, istərsə də müharibə veteranları və əlillərin sosial problemlərin həll edilməsinin Azərbaycan Prezidentinin xüsusi diqqətində olduğunu bildirib.

Millət vəkili qeyd edib ki, şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həlli ilə bağlı xüsusi layihələr həyata keçirilir, onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində, prezidentin sərəncamları və fərmanları ilə müxtəlif addımlar atılır.

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə şəhid ailələrinə birdəfəlik 11 min manat ödəmənin edilməsi də bu istiqamətdə atılan silsilə addımların davamı kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, şəhid ailələrinin hər birinə qayğı dövlətin, Azərbaycanın Prezidentinin diqqətindədir. Şəhid ailələri dövlət tərəfindən tam himayə olunurlar. Onlar növbəsiz şəkildə mənzillə təmin olunur, rayon və kənd yerlərində şəhid ailələri, veteren və əlil ailələrinə fərdi evlərin tikilməsi istiqamətində sol illərdə işlər aparılır. İşlə təmin edilməsi, həmçinin övladlarına təhsildə müəyyən güzəştlərin olunması və digər bu kimi addımlar sosial sferanın çox əhəmiyyətli tərəflərindən biridir. Cənab Prezidentin də söylədiyi kimi, ölkəmizdə insan amilinə, insan kapitalına, insan faktoruna verilən yüksək dəyər kimi nəzərdən keçirilməlidir”, - millət vəkili söyləyib.

Vətəndaşların sözügedən fərmandan, ümumilikdə dövlətin həyata keçirdiyi sosial siyasətdən çox razı olduğunu deyən Jalə Əliyeva ortaya çıxan müəyyən anlaşılmazlıqları həll etməyə çalışdıqlarını vurğulayıb:

“Bu, şəhid ailələri üçün böyük köməkdir. Amma eyni zamanda arada keçən müddətdə, hardasa 2003-2004-cü illərdə onların bir hissəsi bu pulu alıblar. Hazırda pulu alanlarla almayanlar arasında sənədləndirmə baxımından müəyyən problemli məsələlər ortaya çıxıb. Biz, təbii ki, bu problemləri yoluna qoymağa çalışırıq, onlarla apardığımız söhbətlərdə birinci növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və bu ödənişləri zamanında həyata keçirmiş sığorta təşkilatına müraciət etməli olduqlarını izah etmişik. Özümüz də şəxsən müraciət etmişik ki, bu məsələlərə baxılsın, əgər vətəndaş haqlıdırsa, təbii ki, onun haqqı yerdə qalmayacaq, problem mütləq əlaqədar təşkilatların vasitəsiylə və qanun yolu ilə öz həllini tapacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm