Qazaxıstan və Belarusdan Ermənistana zərbə
Bizi izləyin

Nida Xəbər

Qazaxıstan və Belarusdan Ermənistana zərbə

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. O, Belarus və Qazaxıstan liderlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranan vəziyyəti bu təşkilatın üzvü olmayan ölkə ilə - Azərbaycanla müzakirə etməkdə günahlandırıb.

Publika.az xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində "heç kim belə bəyanatıarla çıxış etmək hüquqına malik deyil, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar ümumi razılıq əsasında qəbul edilir və biz artıq bununla bağlı mövqeyimizi bildirmişik”, - deyib.

“Bu necə qarşılana bilər ki, məsələn, mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan hər hansı ölkənin səfirini dəvət edirəm və ona bağlı qapılar formatında keçirilən iclasdan danışıram. Mən ona təəccüblənmişəm ki, 30 il dövlətin rəhbəri statusunda olan insan belə addım atsın, Və mən, əlbəttə, Belarus prezidentindən izahatları tələb edəcəm, özü də yalnız Belarus prezidentindən deyil”, - Paşinyan əlavə edib.

Bundan əvvəl Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Belarus prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması qeyri-korrekt adlandırılmışdı.

Ermənistan Belarus və Qazaxıstan ilə KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, Ermənistan ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur.

Əminliklə söyləmək olar ki, Ermənistan KTMT üzv dövlətləri üçün yükdən və əlavə problemdən başqa bir şey deyil. Ermənistan tamhüquqlu üzv olduğu KTMT-nin rəhbərliyinə Yuriy Xaçaturov kimisini gətirməklə bu təşkilatın nüfuzuna və fəaliyyətinə ağır zərbə vurmuşdu. Bunun ardınca Paşinyan hökuməti həmin şəxsə cinayət işi açmaqla vəziyyəti daha da gərginləşdirdi.

Bütün resurslarının tükəndəyini və KTMT-nin sonuncu Astana zirvə toplantısından biabırçı vəziyyətdə geri dönən Ermənistan indi baş nazir səviyyəsində müttəfiq olduğu dövlətlərə qarşı ittihamlar irəli sürür. Bu nəinki müttəfiq dövlətlər, heç ümumiyyətlə, adi münasibətləri olan ölkələr arasında qəbuledilən hal deyil.

Ermənistanın əsas narahatçılığı, qısqanclığı və paxıllığı KTMT-nin üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbəti, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan etimadlı dost münasibətlərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm