Nida Xəbər
KTMT üçlüyü Paşinyanı “ofsayd”a SALDI - Mənbə HƏR ŞEYİ AÇMIŞDI
Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. O, Belarus və Qazaxıstan liderlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranan vəziyyəti bu təşkilatın üzvü olmayan ölkə ilə - Azərbaycanla müzakirə etməkdə günahlandırıb.
Publika.az xəbər verir ki, Paşinyan "heç kim belə bəyanatıarla çıxış etmək hüquqına malik deyil, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar ümumi razılıq əsasında qəbul edilir və biz artıq bununla bağlı mövqeyimizi bildirmişik”, - deyib.
“Bu necə qarşılana bilər ki, məsələn, mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan hər hansı ölkənin səfirini dəvət edirəm və ona bağlı qapılar formatında keçirilən iclasdan danışıram. Mən ona təəccüblənmişəm ki, 30 il dövlətin rəhbəri statusunda olan insan belə addım atsın, Və mən, əlbəttə, Belarus prezidentindən izahatları tələb edəcəm, özü də yalnız Belarus prezidentindən deyil”, - Paşinyan əlavə edib.
Bu, bir daha göstərdi ki, Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, Ermənistan ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur.
Azərbaycanla dost münasibətlərinə malik olan Belarus və Qazaxıstanın Nikol Paşinyana etibar etmədiyi, İrəvandakı yeni hakimiyyəti ciddi tərəfdaş kimi qəbul etmədiyini əslində ermənilərin özləri də etiraf edirlər. Bunun sübutu olaraq, noyabrın 7-də KTMT-nin Astana sammitindən sonra – noyabrın 9-da Ermənistanın “İrates” nəşrinin dərc etdiyi xəbəri də göstərmək olar.
KTMT-yə yaxın mənbə nəşrə bildirmişdi ki, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Nikol Paşinyana etibar etmirlər, onun olduğu yerdə heç vaxt əhəmiyyətli mövzular haqqında danışmırlar.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının iclaslarında real xarakterə malik olan müzakirələr olmur. Bir halda ki, burada videokameralar iştirak edir və yad gözlər olur. Əsl söhbətlər və müzakirələr üzv dövlətlərin başçılarının şərəfinə verilən şam yeməkləri zamanı, masanın ətrafında, birgə və ya üz-üzə olur. Belə masalara, xüsusilə Nikolu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının ali rəhbərliyi dəvət etmirlər”, - deyə, mənbə erməni rəhbərliyininn düşdüyü vəziyyəti tam çılpaqlığı ilə göstərmişdi.
Mənbə qeyd edib ki, həqiqətdə, sadəcə Paşinyana etibar etmir, Nazarbayev və Lukaşenko heç vaxt onun yanında əhəmiyyətli mövzularda danışmırlar.
Həm də məsələ, yalnız Belarus və Qazaxıstanın Ermənistana münasibətindən getmir. Təşkilatda İrəvana ən yaxın hesab edilən Moskvanın Ermənistana münasibəti də artıq əvvəlki deyil.
“Rusiyada unutmurlar ki, 20 il boyunca o daim Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına qarşı çıxırdı”, - mənbə Moskvanın da Paşinyana güvənmədiyinə işarə vurmuşdu.
Ömər
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu

















.jpg)



.webp)














