Bu dövlətlərin haqları var ki, Ermənistana... - Politoloq AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Bu dövlətlərin haqları var ki, Ermənistana... - Politoloq AÇIQLADI

“Bu təşkilatın böyüməyə, ətrafına yeni dövlətləri cəlb etməyə ehtiyacı var. Rusiya hazırda bütün resurslarını bu istiqamətə yönəldib. Rusiya, Belarus və Qazaxıstan özlərinin strateji maraqlarını bir ovuc erməninin maraqlarına qurban verməyəcəklər ki?”

Bunu Publika.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Astanada verilən bu qərar Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyi barədə bəyanatını şərh edərkən bildirib.

“Ermənistan Azərbaycan torpaqlarını işğal edən ölkədir. Ermənistan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola biləcəyindən qorxaraq Lukaşenko və Nazarbayevi olmayan şeylərdə şərləməyə çalışacaq. Şərləmək də ermənilərin köhnə peşəsidir”, - o deyib.

Qabil Hüseynli qeyd edib ki, hazırkı mənzərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) “müttəfiqlər”in Ermənistana güvənmədiyini, etibar etmədiyini göstərir:

“Bu dövlətlərin Ermənistana etibar etməməkdə haqları var. Çünki, Paşinyan böyük dövlət təcrübəsi olan Nursultan Nazarbayevin, eləcə də onun kimi kifayət qədər təcrübəsi olan Lukaşenkonun yanında bir neçə boy aşağı görünür. Paşinyanla nə normal polemika aparmaq mümkündür, nə də ciddi normal söhbətlər aparmaq. Lukaşenko və Nazarbayev bu regionda baş verən proseslərin anatomiyasına tam bələddirlər. Bu baxımdan, onlar Paşinyanla danışmağa çox meyilli olmurlar”.

Ermənistanın KTMT-dəki gələcəyinə gəlincə, Qabil Hüseynli bildirib ki, bu dövlət özünü hər zaman hər tərəfə meyil edən bir dövlət göstərib:

“Ermənistan Qərbə daha çox meyillənir. Erməni diasporu Qərbdə daha güclüdür, oradan daha çox yardım alır. Günlərin birində, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsə, fikrimcə, buna heç kim təəccüblənməyəcək”.

Xatırladaq ki, daha əvvəl Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranan vəziyyətin bu təşkilatın üzvü olmayan ölkə - Azərbaycanla müzakirəsinə görə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm