Siyavuş Novruzov: Məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: Məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Milli Şura adlanan qurumun və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməyə cəhd etməkdə məqsədi təxribat törətmək və ara qarışdırmaqdır.

Publika.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Milli Dirçəliş Günü ilə Milli Şura arasında heç bir əlaqə yoxdur:

"Onların belə aksiya keçirməyə haqları da çatmır, çünki onlar yalnız şəxsi məqsədlərini güdürlər. Görünür, xarici dairələrdən yeni tapşırıq alıblar. Aksiyanı da ona görə qeyri-qanuni keçirməyə cəhd ediblər ki, polis müdaxilə etsin və polis müdaxilə edən kimi də dərhal Avropaya müraciət etsinlər ki, guya Azərbaycanda insan hüquqları, sərbəst toplaşma azadlığı pozulur. Bunların əsl məqsədi budur".

Millət vəkili əlavə edib ki, radikal müxalifət həm də belə qanunsuz aksiya keçirməyə cəhd etməklə cəmiyyətə öz varlıqlarını, mövcud olduqlarını göstərməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm