Cəmil Həsənli sərbəst buraxıldı, Əli Kərimli isə...
Bizi izləyin

Nida Xəbər

Cəmil Həsənli sərbəst buraxıldı, Əli Kərimli isə...

Dünən günorta saatlarında Şəhidlər Xiyabanında qeyri-qanuni aksiya keçirməyə cəhd göstərmiş şəxslərdən 41-i izahatları alındıqdan sonra sərbəst buraxılıb.

Publika.az Səbail rayon Polis İdarəsinə istinadən xəbər verir ki, 17 noyabr tarixində saat 15-00 radələrində 60-70 nəfər AXCP üzvü, başda AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli olmaqla Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanının qarşısında polislə qarşıdurma yaradıb. Nəticədə 52 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb. Həmin şəxslərdən 41 nəfəri, o cümlədən Cəmil Həsənli izahatları alındıqdan sonra buraxılıb. 11 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması)əsasında saxlanılıb. Onlar İXM-nin 513.2 maddəsi ilə saxlanılıblar. Əli Kərimli isə həm 513.1, həm də 513.2-ci maddə (Maddə 513. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasının təşkilatçılığı) əsasında saxlanılıbSaxlanılan şəxslər bu gün Səbail rayon Məhkəməsinə çıxarılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Göründüyü kimi, Kərimli və Həsənliyə öz çirkin niyyətlərini yerinə yetirmək üçün məkanın heç bir əhəmiyyəti yoxdur. İstər bu, müqəddəs ocaq olsun, istərsə də başqa bir yer. Necə ki, dünən bunun bir daha şahid olduq. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunan qeyri-qanuni aksiyanın müqəddəs məkanda - Şəhidlər Xiyabanında keçirilməsi və onların boş vədlərinə inanan beş-on nəfəri polislə toqquşmaya təhrik etməsi sadəcə təəssüf doğurur.

Bütün bunlar onu göstərir ki, onlar hər şeyi öncədən planlaşdırıblar. Yəni aksiyanın təkcə icazəsiz olması deyil, həmçinin qadağan olunmuş məkanda keçirilməsinə cəhd edilməsi, habelə polislə toqquşmaya təhrik əvvəlcədən düşünülüb. Amma onlar bir şeyi unudublar ki, Azərbaycanda xalqın təhlükəsizliyini təmin edən, insanları narahat edəcək heç bir qeyri-qanuni əmələ icaz verməyən hüquq-mühafizə orqanları var. Onlar unutdular ki, Azərbaycan polisi qanun çərçivəsində bütün addımları ataraq xalqın təhlükəsizliyini təmin etməkdən çəkinməyəcək.

Ancaq təəssüf doğuran məqam odur ki, onlar siyasi protokolların keçirildiyi məkanları, tarixi-dini ziyarət yerlərini özlərinin çirkin niyyəti üçün ünvan seçməkdən belə çəkinmirlər. Unudurlar ki, Şəhidlər Xiyabanı həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycanın çox mühüm ziyarət yerlərindən biridir.

Əslində burada təəssüflənəsi məqam da azdır. Çünki bu cür addımlar Kərinli-Həsənli tandeminin ənənəvi hərəkətləridir. Yağışdan sonra bitən göbələk kimi, bayramdan bayrama üzə çıxmaq. Özü də pis formada, qeyri-qanuni şəkildə...

Necə ki, bu dəfə də ənənələrin sadiq qalaraq özlərini ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi gündə yada salmağa çalışdılar, amma həmişəki kimi yenə də şou ilə. Heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bu radikal şəxslər Milli Dirçəliş Günündə də əsl şou göstərərkən unutdular ki, Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq yolverilməzdir və birmənalı qarşılana bilməz.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm