Berdiməhəmmədov Füzulidən SİTAT GƏTİRDİ
Bizi izləyin

Nida Xəbər

Berdiməhəmmədov Füzulidən SİTAT GƏTİRDİ

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan dövlətinin başçısı İlham Əliyevləgörüşü zamanı şair Məhəmməd Füzulidən sitat gətirib.

Publika.az xəbər verir ki, o, noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə iki xalq arasında dostluq münasibətlərindən danışaraq bildirib:

"Bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm