"Kişilik əmsalının nə vəziyyətdə olmasını..." - Zahid Oruc
Bizi izləyin

Nida Xəbər

"Kişilik əmsalının nə vəziyyətdə olmasını..." - Zahid Oruc

"Sergey Dorenko Paşinyanın homoseksuallara geniş imkan yaratması ilə bağlı məsələyə münasibətində ilk gündən tutarlı arqumentlərdən istifadə edir, qətiyyən kiminsə kişilik əmsalının nə vəziyyətdə olmasını mübahisələndirmir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Zahid Oruc rusiyalı jurnalist Sergey Dorenkonun “Qovorit Moskva” radiosuna müsahibəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın homoseksuallara simpatiyasının olması ilə bağlı açıqlamasından danışarkən deyib.

Millət vəkili bildirib ki, S.Dorenko hər hansı siyasət adamının müxtəlif kateqoriyalı insanların maraq və manefələrini özünə cəlb etmək üçün siyasi üzgüçülüyünü pisləyir.

“Dorenko bu cür manevr etməyin o qədər də uğurlu yanaşma olmadığını deyir. Onsuz da Avropada qeyd edilən kateqoriyadan olan insanlar siyasətin önündədirlər, hakimiyyətdə mühüm mövqe tuturlar və cəmiyyət həyatının ayrılmaz hissəsi kimi qəbul edilirlər, onlara xəstəlik kimi baxılır. Hazırkı durumda Dorenko və Paşinyan savaşının əsasında dayanan problem kiminsə hansı kateqoriyada kişi olması deyil. Rusiyada uzun illər ərzində Ermənistan siyasətinə baxış müttəfiqlik konteksində olub. Kremlin çevrəsində olmayan media üçün də bu yazılmamış bir qanun kimi qəbul edilib. Çünki bu münasibətin on illər yaşı var, genetik kodları formalaşıb, hər kəs də regiona o konteksdə baxıb. Paşinyanın özünü birdən-birə inqilabi lider kimi təqdim etməsi, Rusiyanın daşıdığı dəyərlərdən fərqli müstəvidə olmasını bildirməsi, guya təbəlikdən çıxış üçün fəaliyyətlərin aparılması, ayrı-ayrı hadisələr zamanı ortaya qoyulan davranışlar, anti-Rusiyaçılığın gündən-günə dərinləşməsi Ermənistan hakimiyyətinin əsas qərarvericilərinə Rusiya informasiya məkanından layiq olduqları münasibəti önə çıxarıb”.

Millət vəkili Ermənistan hakimiyyətinin Rusiyadan gələn bu münasibətə hazır olmadığını deyib:

“Bu hadisə həm də erməni inqilabının, küçədə hakimiyyəti yıxan qüvvələrin belə şillələrə hazır olmadığını göstərmiş oldu. Onlar dərhal sustallaşır, işə səfirlik qarışır. Bir tərəfdən özlərini müstəqil medianın dəstəkçisi kimi göstərir, digər tərəfdən Dorenkonun üzərinə hücuma keçirlər. İndiki reallıqda Dorenko sərt dəlilləri ortaya qoyur. Paşinyan öz siyasətini ortaya qoya bilməyib. Çünki idarəetmə siyasəti ayrıdır. Bitkin və kamil siyasətçiyə çevrilmək uzun müddət zaman aparır. Meydanda tribuna olmaq, ayrı-ayrı kütlələri ətrafına toplamaq hələ qəbul edilmiş lider anlamına gəlmir. Bəlkə də, ölkə içərisində cinayətkar hakimiyyətə qarşı dirənişdə özünü göstərmək olar, lakin lider olmaq üçün şərtlər başqadır. Ötən əsrin 90-cı illərində Azərbaycanda da belə bir situasiya olmuşdu. Onlar cəmiyyət həyatını irəli aparmaq vəzifəsi ilə üz-üzə qalanda darmadağın olub, özləri ilə bərabər hakimiyyəti iflasa uğradıblar. Rusiya məkanından Ermənistan əleyhinə olan mövqelərin hər birində həqiqət notları güclüdür. Ermənistan siyasəti natamamlıq kompleksi daşıyır. Bir müddət əvvəl Belarus əleyhinə yaşananlar buna sübutdur. Bu gün Ermənistan mediasında bu mövzuda yazılan məsələlərin hakimiyyətdən qaynaqlanan tezislər olması istisna edilmir. Bu, yalnız azad medianın Bakıya silah satan Lukaşenkonun üzərinə yeriməsi hadisəsi deyil, burada idarəolunan əl var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm