Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırıldı
Bizi izləyin

Nida Xəbər

Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırıldı

Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan prezident seçkisinin tarixi ilə bağlı ziddiyyətin aradan qaldırılması Milli Məclisin plenar iclasında müzakirə edilib.

Publika.az xəbər verir ki, millət vəkili Azay Quliyev Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə məlumat verib. O bildirib ki, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

“Növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitəcək. Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır). Bununla da arada qalan 6 aylıq müddət ləğv edilmiş olacaq”.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm