Nida Xəbər
Əflatun Amaşov İFTİRA ATANLARA PIÇILDADI: "Ayıb olsun" - - FOTOLAR
Sosial şəbəkədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirak edən Azərbaycanın nümayəndə heyyətinin tərkibində olan Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı təxribat xarakterli foto yayılıb. Paylaşmada bildirilir ki, yayılmış fotoda guya Azərbaycanın bayrağı masa üzərinə düzgün qoyulmayıb və Şuranın sədri buna biganə qalıb. Mətbuat Şurasının sədri bu təxribatı tədbirdə çəkilmiş gerçək fotoları təqdim edərək ifşa edib.
Publika.az Mətbuat Şurasının sədri Əflatun
Amaşovun "Facebook"da paylaşdığı statusu təqdim edir:
Özünü "Irəvan TV" adlandıran birisi status paylaşıb. Guya Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının
İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı
düzgün qoyulmayıb və onu düzəltməmişəm. Bohtandır, iftiradır,
təqdim edilən şəkil montajdir! Həmin şəxs bilmir ki, mən hansı
beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm
(Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik
çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın
harada, necə yerləşdiriməsini müşahidə edirəm. Yeri gələndə onun
şəklini də çəkirəm.
İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik