Azərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - Sərkisyan
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - Sərkisyan

Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyasının siyahısına başçılıq edən Vigen Sərkisyan Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb.

Virtualaz.org xəbər verir ki, Mənim Addımım Blokundan deputatlığa namizəd Sasun Mikaelyanın qalmaqallı fikirini şərh edərkən Sərkisyan bildirib ki, bunun bir düzəliş olduğuna çıx inanmaq istəyir.

Xatırladaq ki, S.Mikaelyan 26 noyabrda Talin şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bu ilin yazında Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən məxməri inqilabı Qarabağ müharibəsindəki “qələbə” ilə müqayisə edib. Bildirib ki, məxməri inqilab Qarabağ müharibəsindəki “qələbədən” daha mühüm hadisədir. “Bizim xalqımız anlamadı ki, insanlar öz həyatlarını nə üçün qurban verdilər”, - deyə deputatlığa namizəd xüsusi vurğulamışdı.

“Əgər bu, Paşinyanla qabaqcadan razılaşdırılmış bəyanat idisə, onda bunun uzağa gedəcək nəticələri olacaq. Mənim üçün ən dərin problem bu gün baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısının Qarabağın hərbi-siyasi rəhbərliyi ilə əlaqələrdə ictimai bəyanatlar verərək yaratdığı böhrandır. Bu, çox təhlükəli nəticələrə aparıb çıxara bilər.

Mən hamını bir an dayanmağa və hazırda seçkiqabağı mübarizə getdiyini unutmağa çağırıram. 12 gün sonra o qurtaracaq və biz rəqibimizlə, çox yaxşı silahlanmış ordu ilə üz-üzə qalacağıq. Cavab verməyə hazır olmaq lazımdır. Əks halda bizi daxili qurdumuz özü yeyəcək", - deyə Vigen Sərkisyan bildirib.

Nyus.am saytının ermənidilli versiyasında sabiq müdafiə nazirinin fikiri bir qədər başqa cür verilib: “Mən hamını – baş naziri, bizim Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlııq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq. Bizim daxili qurdumuz bizi yeyəcək".

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 9 dekabrda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm