Elmar Məmmədyarov Meksika prezidentinin andiçməsində iştirak etdi
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Meksika prezidentinin andiçməsində iştirak etdi

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorun ölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

Mərasimə bir sıra dövlət başçıları, çoxsaylı yüksək səviyyəli qonaqlar da qatılıb.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Meksika prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm