Bakı-Sumqayıt yolunda yüzminlərlə insanı narazı salan PROBLEM - HƏLLİ AÇIQLANDI - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Bakı-Sumqayıt yolunda yüzminlərlə insanı narazı salan PROBLEM - HƏLLİ AÇIQLANDI - FOTO/VİDEO

Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır.

Publika.az xəbər verir ki, “ARB Tv” mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

İctimai nəqliyyatın, eləcə də yanğın söndürmə və təcili tibbi yardım maşınları üçün ən arzuolunmaz yol sayılan Bakı-Sumqayıt şossesinin mövcud vəziyyətdən çıxış yolları axtarılır. Təkliflər gerçəkləşərsə, həmin yolla hərəkət edən ictimai nəqliyyat, operativ nəqliyyat vasitələri daha rahat şəkildə hərəkət etmiş olar.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı-sumqayıt yolunun Xırdalan dairəsinədək olan hissəsində sağ zolağı avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi xəttlə ayırmaq olar, buna imkan da var: "Belə olan halda avtobuslar normal işləyər, operativ nəqliyyat vasitələri də ora ilə gedib gələ bilər. Yol polisi, Bakı Nəqliyyat Agentliyi, eləcə də AAYDA birgə bu yolla bağlı komissiya təşkil etməklə, çıxış yollarını müzakirə edə bilər, zolaq salınarsa, yol boyu müşahidə kameraları ilə nəzarət həyata keçirilə bilər”.

Ekspertlər təklif edir ki, mövcud problemin aradan qaldırılması ilə paytxatın əksər ərazilərində müşahidə olunan sıxlıq da aradan qalxmış olar. Bu yolda yaşanan tıxaclar Bakının onlarla küçə və prospektində nəqliyyatın instesiv hərəkətinə ciddi təsir edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm