Azərbaycanlı kəşfiyyatçının adı Rusiyada hava limanına verildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı kəşfiyyatçının adı Rusiyada hava limanına verildi

Rusiyanın Surqut şəhər aeroportuna Azərbaycan əsilli kəşfiyyatçı geoloq, Sibir neftini kəşf edən Fərman Salmanovun adı verilib.

“Report” xəbər verir ki, bu, çərşənbə axşamı "Rossiya 1" telekanalında yayımlanan "60 minut" (60 dəqiqə) verilişində nəticələri açıqlanan "Rusiyanın böyük adları" müsabiqəsinin yekununda məlum olub.

"Velikieimena.rf" saytında aparılan müsabiqəyə dekabrın 4-də yekun vurulub. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanınınadını müəyyənləşdiriblər. Siyahıda bir azərbaycanlının da adı olub. Kəşfiyyatçı geoloqun adı eyni zamanda iki şəhərin hava limanına namizəd olub: Surqut və Nijnevartovsk. Səsvermə nəticəsində onun adı Surqut şəhər aeroportuna verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm