Milanda Qarabağ müzakirəsi
Bizi izləyin

Nida Xəbər

Milanda Qarabağ müzakirəsi

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat yayıb.

"Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb", - deyə o, "Twitter" mikrobloqunda yazıb.

Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm