Samir Şərifovun fikirləri... - Millət vəkili AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Samir Şərifovun fikirləri... - Millət vəkili AÇIQLADI

"Maliyyə naziri Samir Şərifovun fikirləri Azərbaycanın maliyyə sistemininin daim inkişafda və stabil qalmasına yönəlmiş mövqedir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə maliyyə naziri Samir Şərifovun fikirlərinin bəzi ekspertlər tərəfindən yanlış şərh edilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, hazırkı durumda devalvasiya gözlənilən olmasa da, hökumətin digər sturukturlar hazırlıqlı olmalıdır:

“Bir çoxlarımız maliyyəçi deyilik, bu məsələdə incə məqamları bilmirik. Samir Şərifov maliyyə naziri kimi manatla bağlı öz fikirlərini bildirir. Onun hökumətin üzvü olduğunu unutmamalıyıq. Hökumət üzvləri manatdan asılı olaraq təmsil etdikləri sahələrin inkişafda və stabil olmasında maraqlıdırlar. Samir Şərifovun açıqlamasından irəli gələrək hökumət əhalinin sosial vəziyyətinin stabil qalması və inkişaf etməsi, sahibkarlığın inkişafı, büdcənin doldurulması, iş yerlərinin qorunub saxlanılması ilə bağlı kompleks tədbirlər görür və görəcək.

2015-16-cı illərdə maliyyə məsələsində narahatlıq yaşadıq və heç birimiz həmin dövrün geri qayıtmasında maraqlı deyilik. Lakin diqqət etməli olduğumuz bəzi məqamlar var. Həmin dövrdə manatın dəyərdən düşməsi və devalvasiyaya şərait yaradan bəzi hadisələr baş vermişdi. İlk növbədə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının sahibkarlığın zəiflədilməsi məqsədilə onlardan qeyri-qanuni vəsait yığmaları səbəbindən maliyyə sabitliyi pozulmuşdu. Paralel olaraq Azərbaycan Beynəlxalq Bankında vəsaitin dağıdılması ilə bağlı vəziyyət ortaya çıxdı. Bu iki fakt manatın qiymətdən düşməsinə səbəb oldu. Hazırkı durumda belə hallar baş verməyib. Ona görə də manat bir qədər ucuzlaşa, bahalaşa bilər. Lakin kəskin surətdə dəyişiklik baş verəcəyini gözləmirəm. Lakin maliyyəçi olmadığımıza görə bu dəyişikliyin olub-olmayacağını da proqnoz verə bilmərik. Bununla yanaşı beynəlxalq maliyyə ssteminin br hisssəsi olduğumuzu unutmamalıyıq. Hesab edirəm ki, manatla bağlı hər hansı hərəkətverici proses olarsa, mütləq digər sahələr operativ surətdə buna cavab verəcəklər. Hökumətdə sosial sahəyə cavabdeh olan digər nazirliklər pensiyaların, dövlət qurumunda çalışanların əmək haqqının artırılması səviyyəsində, ərzaq və digər sahələrdə qiymətlərin qorunması ilə bağlı müəyyən addımlar ata bilərlər. İstənilən halda əhalinin sosial vəziyyətinin qorunub saxlanılması, gəlirlərinin azaldılmaması üçün tədbirlər görülməlidir. Təcrübə göstərir ki, dövlət adətən, belə məqamlarda ciddi addımlar atıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm