Nida Xəbər
DTX-dan vətəndaşlara VACİB XƏBƏRDARLIQ: əgər...
Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara müraciət edib.
Publika.az xəbər verir ki, müraciətdə milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verilməsinin qaydaları izah olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412)
405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin
xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin
edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə
vasitəsidir.
Həmin məlumatlar aşağıdakılar ola bilər:
- qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə;
- milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə.
Azərbaycan Respublikasının və onun vətəndaşlarının
təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət
orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terror aktlarının,
eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının
alınmasına kömək edə biləcək bütün məlumatlar Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) üçün əhəmiyyət kəsb edir.
Etimad telefon nömrəsinin (+99412) 405 99 99 və 1656 qaynar
xəttinin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul
edirlər.
Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ünvanı
və əlaqə xətləri: AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.
Telefon: (+99412) 405 99 99
Faks: (+99412) 405 92 22
Qaynar xətt: 1656 (bölgələrin sabit telefon şəbəkələri üçün (012)
1656)
E-poçt: [email protected]
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov