“Bu, İlham Əliyevin nüfuzunun və xarizmasının ifadəsidir” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Bu, İlham Əliyevin nüfuzunun və xarizmasının ifadəsidir” - ŞƏRH

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevə olan münasibət göstərdi ki, ölkə başçımız MDB məkanında ən nüfuzlu liderlərdən biri, bütün dünyada qəbul olunan, sözü keçən, hörmət edilən rəhbər şəxsdir.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə tamaşa edərkən Azərbaycan Prezidentinin ön sırada, Rusiya dövlət başçısının yanında əyləşməsi Rusiya icmalçılarının nəzərindən qaçmayıb, dünya mətbuatı buna xüsusi diqqət yetirib.

“Azərbaycan Prezidenti üçün seçilən mövqe təsadüfi deyildi. Bu birinci yer həm Azərbaycan dövlətinin, həm də cənab İlham Əliyevin nüfuzunun və xarizmasının ifadəsidir”, - o bildirib.

Musa Quliyevin sözlərinə görə, Azərbaycan dövlət başçısının Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və digər MDB dövlət başçıları ilə görüşləri bir daha İlham Əliyevin arzuolunan prezident olduğunu nümayiş etdirdi:

“Hər bir ölkə Azərbaycanla yüksək əməkdaşlığın tərəfdarıdır. İstər iqtisadi əməkdaşlığın, istərsə də mədəni əlaqələrin və humanitar münasibətlərin yüksək səviyyəyə qaldırılması müzakirələrin mövzusu olub. Bu mənada cənab prezidentin Rusiyaya səfərinin yeni dividentlər gətirəcəyi şübhəsizdir”.

Musa Quliyev qeyd edib ki, Azərbaycan prezidenti MDB məkanında həm də bu dövlətlərin xalqları tərəfindən seçilən və hörmət edilən rəhbər şəxsdir: “Dövlətimizin apardığı siyasət, cənab prezidentin rəhbərliyi altında digər dövlətlərlə ikitərəfli əlaqələrin yaxşılaşması üçün görülən işlər, MDB dövlət başçılarının səfərləri, Azərbaycanda keçirilən humanitar, iqtisadi, mədəni səviyyəli və digər istiqamətdə keçirilən tədbirlər də Azərbaycan prezidentini o ölkələrdə də sevdirib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm