“MDB-də Bakıya dəstək verildi, İrəvana layiq olduğu yer göstərildi” - Politoloq
Bizi izləyin

Nida Xəbər

“MDB-də Bakıya dəstək verildi, İrəvana layiq olduğu yer göstərildi” - Politoloq

“MDB sammitində Paşinyana, dolayısı ilə Ermənistana yerini göstərdilər”.

Bu barədə Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşündə liderlərin Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasına baxdığı zaman ortaya çıxan mənzərə də hər şeyi ifadə etdi.

“Liderlərin iştirak etdiyi mərasimlərdə protokol qaydasına görə əyləşmə sırası siyasi baxımından olduqca mühümdür. Bu sıralamada dolayısı ilə münasibətlər ortaya çıxır. Azərbaycan lideri sıralanmanın mərkəzində, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan isə ən küncdə mühafizəçilərin yanında əyləşmişdi. Bununla Azərbaycana və Ermənistana olan münasibət sərgiləndi. Əslində Putin həm də bununla Paşinyana və Ermənistana yerini göstərdi”, - deyə o bildirib.

Q. Hüseynli əlavə edib ki, Ermənistan SSRİ vaxtı da ən axırıncı ölkə olub: “Azərbaycanla Ermənistanın bütün sferalarda göstəriciləri arasında böyük fərq var, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycanda cəmləşib. Bu baxımdan, Ermənistanın sonuncu yerə qoyulması təbiidir”.

Politoloq qeyd edib ki, MDB sammitində prioritet məsələ iqtisadiyyat oldu.

“MDB dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi, ümumilikdə birliyin inkişaf etdirilməsi prioritet istiqamətdir. Xüsusilə vahid valyuta sisteminin tətbiq edilməsi gündəmdə olan mövzulardandır. Bütün bu proseslərdə Azərbaycan həmişə olduğu kimi öz maraqları çərçivəsində iştirak edir”, - deyə politoloq diqqətə çatdırıb.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm