Hikmət Babaoğlu: “Azərbaycan diplomatik manevrlərlə Ermənistana zərbələr endirir”
Bizi izləyin

Nida Xəbər

Hikmət Babaoğlu: “Azərbaycan diplomatik manevrlərlə Ermənistana zərbələr endirir”

“Azərbaycanın uğurlu xarici siyasəti Ermənistanı bütün platformalarda küncə sıxışdırmağa və işğal faktına mümkün qədər tez son qoymağa hədəflənib”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu siyasət mütləq konkret nəticəyə gətirib çıxaracaq.

Milli Məclisin deputatı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyündən işğalçı siyasətini davam etdirmək üçün istifadə etməyə çalışır.

“Lakin Azərbaycan diplomatik manevrləri ilə buna imkan vermir. Azərbaycan Ermənistan istisna olmaqla istər MDB-yə, istərsə də KTMT-yə üzv ölkələrin hər biri ilə elə səviyyədə münasibətlər qurub ki, regional təşkilatlarda mövcud olan bütün hərbi-siyasi resurslar və siyasi-iqtisadi dəstək daha çox ölkəmiz üçün əlçatandır. Belə vəziyyət isə Ermənistanı ciddi şəkildə narahat edir. Strateji balansı öz lehinə dəyişmək istəyən Ermənistan hər dəfə Azərbaycanın yeni diplomatik həmlələri ilə autsayder vəziyyətinə salınır. Son dövrlərdə müşahidə etdiyimiz mənzərə bunu bir daha təsdiq edir. Dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə toplantısında işğalçı ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın istər sözün hərfi mənasında sırf vizual baxımdan, istərsə də diplomatik baxımdan bir daha belə vəziyyətə düşməsi Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü diplomatik gedişlərin nəticəsidir”, - deyə H. Babaoğlu vurğulayıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm