Elman Nəsirov: “Sankt-Peterburqda Ermənistan növbəti dəfə məğlub oldu”
Bizi izləyin

Nida Xəbər

Elman Nəsirov: “Sankt-Peterburqda Ermənistan növbəti dəfə məğlub oldu”

“MDB zirvəsi çərçivəsində dövlət başçılarının Mariinski Teatrında “Şelkunçik” baletinə baxdıqları vaxt Prezident İlham Əliyevin tədbirə ev sahibliyi edən Rusiya prezidenti Vladimir Putinin sağında əyləşməsi dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin, ehtiramın əlamətidir. Bu həm də Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir”.

Publika.az
-a açıqlamasında Mili Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Sankt-Peterburqda Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyana verilən yer əslində işğalçı ölkəyə yerini göstərmək idi.

E. Nəsirov qeyd edib ki, Sankt-Peterburqda Ermənistan növbəti dəfə diplomatik məğlubiyyətə uğradı.

“Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının da iclası keçirilirdi. İclasdan sonra məlum oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Belarus nümayəndəsi rəhbərlik edəcək. Bu, Ermənistanın növbəti diplomatik məğlubiyyətidir. Paşinyan bu məsələdə öz istəyinə nail olmaq üçün dəridən-qabıqdan çıxsa da diplomatiyası məğlub oldu”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm