İlham Əliyevin UZAQGÖRƏN ANALİZİ və insan hüquqlarında İKİLİ STANDARTLAR
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevin UZAQGÖRƏN ANALİZİ və insan hüquqlarında İKİLİ STANDARTLAR

Fransada noyabrın 17-dən keçirilən “Sarı jiletlilər” etiraz aksiyaları getdikcə daha zorakı səviyyəyə qalxır.

Publika.az xəbər verir ki, kütləvi etiraz aksiyaları zamanı iki minə yaxın şəxs həbs edilib, 130 yaxın şəxs yaralanıb, xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib.

Fransadakı mövcud hakimiyyət maliyyə oliqarxları qarşısında götürdüyü öhdəliklərə əməl etmək naminə xalqın üzərinə gedir, nəticədə son 50 ilin ən güclü xalq etirazı ilə üz-üzədir. Qərbdə, xüsusən Fransa siyasi institutların böhranı müşahidə edilməkdədir, kütlələr rəsmi hakimiyyətə, nə də müxalifətə etibar etmir, nəticə etibarilə anonim qruplar, anarxist dəstələr etiraz aksiyalarının əsas aparıcı qüvvəsinə çevrilirlər.

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransadakı hadisələri şərh edərkən bildirmişdi ki, yaranmış vəziyyət Avropada demokratiya və azadlıq prinsiplərinin ciddi pozulmasından xəbər verir. Onun sözlərinə görə, qaçqınlara qarşı nifaqı və islamofobiyanı təşviq edənlər öz hərəkətlərinin nəticələri ilə üzləşiblər.

Ankaranın Fransada baş verənləri narahatlıqla izlədiyini deyən Türkiyə prezidenti “sarı jiletlilər”in etiraz aksiyalarının nəticəsi kimi xaosun və etirazçılara qarşı hədsiz güc tətbiq edilməsinin əleyhinə olduğunu söyləyib.

“Türkiyə şəhərlərinin küçələrində qan tökməyə çalışan şəxslərin hərəkətlərinə reaksiya verməməyə üstünlük verən ölkələrdəki vəziyyəti hazırda izləyirik. Bəziləri bizim polisi hədsiz güc tətbiqində ittiham edirdi. Baxın, onların polisi insanlarla necə davranır. Bizim polisimiz humanist davranır”, - Türkiyə lideri Qərbin, o cümlədən Fransanın insan hüquqları mövzusunda ikili standartlardan davranmasına işarə edib.

ABŞ Prezidenti Donald Tramp isə qeyd edib ki, Fransada yanacaq qiymətlərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etirazlar ABŞ-ın Paris İqlim Konvensiyasından çıxmaq barədə qərarının doğru olduğundan xəbər verir.

“Dostum Emmanuel Makron və Parisdəki etirazçıların mənim iki il əvvəl verdiyim qərarla razılaşmalarından razıyam. Paris müqaviləsi dərindən səhvdir, çünki o, məsuliyyətli ölkələr üçün enerji qiymətlərini artırır, eyni zamanda dünyanın ən böyük çirkli mənbələrinə bəraət qazandırır. Mən təmiz hava və təmiz su istəyirəm və ABŞ-da ətraf mühitin yaxşılaşdırılmasında böyük addımlar atdım. Amma Amerika vergi ödəyiciləri və işçiləri başqa ölkələrdə çirklənməni təmizləmək üçün ödəniş etməli deyillər", - Tramp deyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransadakı mövcud Emmanuel Makron hakimiyyətini mahiyyətini uzaqgörənliklə analiz etmiş, nəticədə, Azərbaycan tərəfindən onun Bakıya səfəri ilə bağlı əvvəlcədən razılaşdırılmış addımlar atılmamışdır. Çünki Makronun Ermənistana səfəri zamanı gey parad nümayəndələri ilə birgə nümayiş etdirdiyi davranışlar, xüsusi məkana çəkilmələri barədə informasiyalar mediaya sızdıqdan sonra Azərbaycan tərəfi qeyri-ciddi tərəfdaşla əlaqələrin davamında maraqlı olmamışdır. Fransada I Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə bağlı keçirilən təntənəli mərasimdə də Azərbaycan tərəfi prezident və ya baş nazir səviyyəsində deyil, xarici işlər naziri səviyyəsində təmsil olunmaqla kifayətlənmişdir;

Azərbaycan tərəfi Fransanın ermənipərəst mövqeyinə kəskin etiraz etmiş, Dağlıq Qarabağdakı işğalçı xunta rejimi ilə Fransanın ayır ayrı şəhərlərinin sıxlaşan əalqələrinə etiraz olaraq Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlikdən uzaqlaşdırlacağı haqda xəbərdarlıq etmişdir. Əldə edilən məlumata görə, Prezident İlham Əliyevin Parisə son səfəri zamanı imzalanmış müqavilələrin icrası Azərbaycan tərəfindən dayandırılmışdır. Fransanın demokratik normalara, beynəlxalq hüquqa və iki ölkənin ortaq maraqlarına zidd addımları Azərbaycan tərəfini belə sərt addım atmağa vadar etmişdir.

Azərbaycan müstəqillik əldə etdiyi ilk zamanlardan bəri Fransa ilə əlaqələrə xüsusi əhəmiyyət vermiş, erməni lobbisinin güclü olduğu ölkə ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa nail olmuş, bu münasibətləri üçüncü ölklərin təsirindən çıxarmağa müvəffəq olmuşdur. Obyektivlik naminə qeyd edilə bilər ki, əvvəlki hakimiyyətlərin, o cümlədən Fransua Ollandın hakimiyyəti zamanı Fransa da Ermənistan və Azərbaycanla əlaqələrində balansı qorumağa çalışmış, adətən Cənubi Qafqaz səfərlərinin trayektoriyasını müəyyən edərkən də bu balansı nəzərə almışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm