• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Aktauda ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi

Aktauda ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi

Azərbaycanın Aktaudakı baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin, “Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının qurulmasında və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edib, ciddi nailiyyətlər qazanıb.

Daha sonra, Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov, professor Yusif Quliyev ulu öndərin ölkəmizdən kənarda yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR