Ümummilli lider Heydər Əliyevin xatirəsi Belçikada da anıldı
Bizi izləyin

Nida Xəbər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Belçikada da anıldı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, NATO yanında daimi nümayəndəliyinin və yerli diaspora təşkilatlarının təşəbbüsü ilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, anım tədbirində əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu öndər Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yerinin və nüfuzunun olduğunu diqqətə çatdıran F.İsgəndərov deyib ki, Ümummilli Liderin əziz xatirəsi daim qədirbilən Azərbaycan xalqının qəlbində yaşayacaq.

Tədbirdə digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlənməsindəki müstəsna rolundan ətraflı bəhs ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm