Anar Bağırovdan Şahbaz və Dilqəmlə bağlı AÇIQLAMA: "Yaxın müddətdə..."
Bizi izləyin

Nida Xəbər

Anar Bağırovdan Şahbaz və Dilqəmlə bağlı AÇIQLAMA: "Yaxın müddətdə..."

Ermənistanda əsirlikdə olan azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, bu istiqamətdə bütün lazımi şərtlər və tələblər yerinə yetirilir:

“Həm dövlətin, həm də ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Çünki böyük haqsızlıq baş verib, qondarma rejim tərəfindən bizim vətəndaşlarımızın hüquqları kobud şəkildə pozulur. Avropa Şurası və Avropa Məhkəməsi bu məsələyə lazımi diqqəti göstərir. Ümid edirəm ki, yaxın müddətdə bu məsələ ədalətli həllini tapsın”.

Kollegiya sədri qeyd edib ki, Avropa Məhkəməsi tərəfindən hər iki tərəfə sənədlər ünvanlanıb: "Bu məsələdə məsuliyyət daşıyan tərəf Ermənistandır. Çünki Dağlıq Qarabağı Ermənistan işğal edib. Artıq bu məsələ Avropa Məhkəməsi tərəfindən tanınıb".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm