Nazirlik kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Nazirlik kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.

Publika.az-a Nazirlikdən verilən məlumata görə, guşədə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndərin büstü önünə çiçəklər qoyub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm