Azərbaycanlılar Berlində iclas keçirdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlılar Berlində iclas keçirdi - FOTO

Dekabrın 11-də Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Koordinasiya Şurasının nizamnaməsinin layihəsi təqdim olunub və İdarə Heyətinə seçkilər baş tutub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Prezident İlham Əliyevin diaspor qarşısında qoyduğu vəzifələrdən və tapşırıqlardan bəhs edib. Səfir Almaniyadakı diaspor təşkilatlarımızın bu sahədə həyata keçirdiyi işləri qeyd edib, qarşıda duran vəzifələrdən danışıb. Səfirliyin və Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatları ilə əməkdaşlığı məsələlərinə toxunan diplomat Koordinasiya Şurasının təsis edilməsinin diaspor işinin daha da təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcəyinə əminliyini bildirib, bu istiqamətdə təkliflərini və tövsiyələrini diqqətə çatdırıb.

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının iştirak etdikləri iclasda aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təkliflər verilib, qarşıda duran vəzifələr nəzərdən keçirilib və 2019-cu il üçün fəaliyyət planı müzakirə olunub.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev təşkilatın qarşısında duran vəzifələrdən və öhdəliklərdən söz açıb və diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

İclas interaktiv dialoq formasında davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm