Nida Xəbər
Los Ancelesdə Ümummilli Liderin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirildi
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, aksiyada Los
Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün
süfrə açılaraq, isti yeməklər paylanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və
dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə
təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub.
Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles
Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və Baş Konsulluğun
əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq,
kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak
ediblər.
Tədbirdən öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”nın
rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu
xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq ifadə edib və
bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığı
bildirilib.
Baş konsul N.Ağayev Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün
əvəzsiz xidmətlərindən danışaraq, onun Azərbaycan xalqına dünya
birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti
əmanət qoyub getdiyini bildirib.
Baş Konsulluğun dəvətilə xeyriyyə tədbirinə qatılan Los Ancelesin
xristiyan dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli
Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter
Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən,
dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük
önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli
dövlət xadimi olduğunu qeyd edib.
Aksiya çərçivəsində gün ərzində Los Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakinlərinə yeməklər paylanılıb. Qeyd olunmalıdır ki, 50 mindən çox kimsəsiz və evsiz-eşiksiz insanın yaşadığı Los Anceles ABŞ-da bu göstəriciyə görə Nyu-Yorkdan sonra ikinci yeri tutur və bu problem şəhərin üzləşdiyi ən ciddi problemlərdəndir.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO