Rusiyadan Qarabağ açıqlaması: “Tərəflər əhalini sülhə hazırlayacaq”
Bizi izləyin

Nida Xəbər

Rusiyadan Qarabağ açıqlaması: “Tərəflər əhalini sülhə hazırlayacaq”

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlığı üçün konkret addımlar hazırlamalı olacaqlar”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Minsk qrupunun münaqişə tərəflərinə “iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret qərarları qəbul etmək” haqqında çağırışını şərh edərkən deyib.

M.Zaxarova qeyd edib ki, bu, konkret addımların bütöv kompleksidir: “Tərəflər Minsk qrupunun həmsədrlərinin köməyi ilə bu istiqamətdə addımlar atmağa məcburdur”.

Zaxarova tərəflər arasında dialoqun olduğunu da qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm