Nida Xəbər
Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, tədbirdən komitənin aparat rəhbəri Daşqın Rəcəbli, səfirliyin əməkdaşları, Rumıniya azərbaycanlıları birliyinin üzvləri Buxarestdəki Tey parkında ümummilli liderin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyub.
Daha sonra tədbir əvvəlcədən müəyyən edilmiş zalda davam
etdirilib. Zalın foyesində tədbir iştirakçıları ümummilli liderin
həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış
olublar. Qonaqlara dahi dövlət xadimi haqqında ətraflı məlumat
verilib, tədbir rəsmi hissə ilə davam edib.
Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyada fövqəladə və
səlahiyyətli səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyəti barədə məlumat verərək, ölkəmizin yeni tarixinin
bütöv bir hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu
bildirib. Səfir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu
ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş
ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb
ki, 1993-cü ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan
Respublikasını parçalanmaqdan məhz Heydər Əliyev xilas edib. Ulu
öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz
iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulub.
Səfir bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük
oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç zaman
unutmur.
H.Nəcəfov bildirib ki, 1993-cü ildə xalqın israrlı təkidi ilə
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində
Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və
xarici siyasət sahəsində müsbət dəyişikliklər edilib. Azərbaycan
xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna
xidmətləri olan Heydər Əliyevin siyasi xətti hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək dahi Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq idealogiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin yaxın dostu, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku çıxş edərək ulu öndərlə bağlı xatirələrini danışıb, iki ölkə arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin rolundan bəhs edib. E.Konstantinesku tarixi İpək Yolunun bərpasına dair 1998-ci ildə Bakı şəhərində keçirilən Beynəlxalq konfransı yada salaraq xatirələrini bölüşüb və hazırda da ulu öndərin strategiyasının uğurla davam etdirildiyini bildirib. Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş olunub.
Anım mərasimində Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar, Rumıniya Parlamentinin digər üzvləri, Rumıniyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Buxarest Universitetinin professor-müəllim heyəti, tələbələr, “Socar Petroleum S.A.” şirkətinin əməkdaşları da iştirak edib.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı