Məşhur müğənnidən Mübarizin təhqir edilməsinə SƏRT ETİRAZ - "AYIB VƏ HARAM OLSUN!"
Bizi izləyin

Nida Xəbər

Məşhur müğənnidən Mübarizin təhqir edilməsinə SƏRT ETİRAZ - "AYIB VƏ HARAM OLSUN!"

Biznes ledi Ruhi Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirilən qalmaqallı fikirlərə sərt etiraz edib.

Publika.az xəbər verir ki, Ruhi instaqram səhifəsində gənc psixoloq Nərmin Şahmarzadənin fikirlərini tənqid edən status paylaşıb və bu şəxsin Azərbaycana xəyanət etdiyini deyib: “Bu məsələyə görə sözün əsl mənasında sarsıntı içərisindəyəm. Ermənilərin millətimizə etdiyi saysız qətliamlar, soyqırımlar haqda geniş xatırlatmaya hər halda ehtiyac duymuram. Çünki hər birimizin damarında axan qan məhz odur! Bizim ana-bacılarımızın fəryadı hələ çəkilməyib. Erməninin axıtdığı Azərbaycan qanı hələ soyumayıb. O daşnaqların ayaqları altda qalan körpələrin naləsi hələ qulağımızdan getməyib. Bəs necə ola bilər ki, bu xalqın belə övladı olsun? Evdə hansı tərbiyəni görüb bu? Nərmin adlı qızın qəhrəman Mübariz İbrahimov haqda dedikləri absurddur. Amma ən böyük faciə bu torpaqda yetişən, milləti azərbaycanlı, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Ar olsun, ayıb və haram olsun bu qan sənə! Dostlar düşünürəm ki, bu mənəviyyatsız biri ilə dövlət orqanları danışmalıdır. O, qanun qarşısında cavab verməlidir. Biz o xainin şəklini paylaşıb, reklam etməkdənsə, bunu tələb etməliyik”.

Müğnninin izləyiciləri onun bu fikirləri ilə razı olduqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm