Nida Xəbər
Əli Həsənov: “Bu tipli mübarizə mənim rəsmi statusuma uyğun deyil”
“Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya
xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti
altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir
reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi
demək olar ki, artıq buna əhəmiyyət də vermir. Lakin düşünürəm ki,
bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək
lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını
dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Feysbuk
səhifəsində yazıb.
Ə. Həsənov qeyd edib ki, tam məsuliyyətimlə bildirirəm ki, özünü
“hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi
durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi
İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş
vermiş hadisənin hakimiyyətlə və şəxsən mənimlə bağlamaq cəhdləri
növbəti ucuz şoudur: “Kiminsə təhqir olunması mənim nə rəsmi
statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə
də ki hansısa formada ictimai maraqlarıma uyğun deyil. Şübhəsiz, bu
şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə
yayılır. Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə
çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın
ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində
birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və
nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam
mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai
yükünə və effektivliyinə birbaşa təsir göstərir. Ancaq son faktı
əsas götürərək diqqət etmək lazımdır ki, bu iddiaları irəli
sürənlər kimlərdir və məqsədləri nədir?! Azər Kazımzadə adlı şəxs
xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu
səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə
həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən
Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin
dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi
ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam
itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi
xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan,
dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran
ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya
uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına
Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab
edirəm”.
Prezidentin köməkçisi Azərbaycana qarşı çıxan bu şəxslərin qanun
qarşısında cavab verməli olduğunu diqqətə çatdırıb.
“Mən heç vaxt onların iddialarına, mənə qarşı irəli sürdükləri
barmaqdansorma ittihamlarına onların əxlaqına uyğun formada cavab
verməmişəm və bundan sonra da belə bir fikrim yoxdur. Həmişə hesab
etmişəm ki, siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar
ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi
silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt
cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə
bilməzlər. Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan
qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli
öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil.
Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma,
dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza,
tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban
Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan
Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri
qanun qarşısında cavab verməlidirlər”, - deyə Ə.Həsənov
vurğulayıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!