Cavanşir Feyziyev: "Avropa Parlamentində AXC-nin 100 illiyi möhtəşəm keçirildi"
Bizi izləyin

Nida Xəbər

Cavanşir Feyziyev: "Avropa Parlamentində AXC-nin 100 illiyi möhtəşəm keçirildi"

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, gündəliyə keçməzdən əvvəl spiker Oqtay Əsədov Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edən Cavanşir Feyziyevə söz verib.

C. Feyziyev bildirib ki, spiker Oqtay Əsədovun göstərişi ilə Strasburqa yollanaraq Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi mövzusunda keçirilən tədbirdə iştirak ediblər:

“Biz nümayəndə heyəti ilə səfər etmişdik. Tədbir dekabrın 11-də çox yüksək səviyyədə tədbir baş tutdu. Tədbirdə həm nümayəndə heyətimiz, həm parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, habelə AVRONEST-də bizi təmsil edən Sahibə Qafarova aktiv iştirak etdilər. AXC-nin 100 illiyi ilə Avropa Parlamentində keçirilən tədbirdə 140 qonaq iştirak edirdi. Biz AXC-nin yaranması haqqında, həmçinin onun ölkəmizə, xalqınıza gətirdiyi dəyərlər haqqında geniş informasiya verdik”.

Cavamşir Feyziyev əlavə edib ki, dekabrın 12-də Avropa Parlamentinin 2018-ci il üçün son iclasını keçirib: “Biz bu sessiyanı izlədik. Adətən sonuncu iclasda xarici siyasət məsələləri müzakirə olunurdu. Sonda qətnamə qəbul olundu. Qətnamədə Azərbaycanın ərazi bütövlüyü bir daha vurğulandı. Hesab edirəm ki, bu əhəmiyyətli qətnamə idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm