Nida Xəbər
Bu, işğal altındakı torpaqlarımızın azad edilməsinə gedən yoldur - ŞƏRH
"Ordunun güclü, qüdrətli olması Azərbaycan dövlətinin qüdrətli və güclü olması deməkdir. Təbii ki, ordu ilə bağlı qarşıya qoyulan vəzifələr prioritetdir və buna nail olmaq üçün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyilə kifayət qədər lazımi tədbirlər görülür və qərarlar verilir".
Publika.az xəbər verir ki, bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycan Ordusunun şəxsi heyətinin əhvali-ruhiyyəsi, döyüş qabiliyyəti, maddi-texniki təminatı yüksək səviyyədədir: “Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olması adi bir fikir, söz deyil. Hətta el arasında belə bir deyim var: “Ordun varsa yurdun var, ordun yoxsa yurdun yoxdur".
V.Rəhimzadə qeyd edib ki, Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur:
"Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin Orduya xüsusi diqqət göstərməsi, dövlətimizin başçısı tərəfindən yüzlərlə hərbi qulluqçunun mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar çox vacib məsələdir. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verilməsi mərasimində iştirakı və məzillərin orderlərini hərbi qulluqçulara şəxsən təqdim etməsi onlara dövlət səviyyəsində diqqət və qayğının bariz nümunəsidir".
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub