Elmar Məmmədyarov İsakzai ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov İsakzai ilə görüşdü

Xarici işlər naziri Elmar MəmmədyarovBirləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

XİN-dən Publika.az-a verilən məlumata görə, diplomat BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib və bu xüsusda üç istiqamətdə - katiblik, sülhməramlılıq departamenti və inkişaf sistemində islahatların həyata keçirildiyini qeyd edib.

Q.İsakzai BMT Baş Assambleyasının 2018-ci ilin may ayında yekdilliklə qəbul etdiyi qətnaməyə əsaslanan Birləşmiş Millətlər inkişaf sisteminin islahatlarının ilk növbədə effektivliyin artırılmasına yönəldiyini söyləyib və islahatlar prosesinin dəstəklənməsi üçün xüsusi Etimad Fondunun yaradıldığını vurğulayıb.

Tərəflər BMT və Azərbaycan arasında sonuncu dəfə 2016-cı ildə imzalanmış Tərəfdaşlıq Çərçivə sənədinin yenilənməsi üzrə qarşıdan gələn il ərzində danışıqların başlanması üzrə fikir mübadiləsi aparıblar.

Ölkəmizin BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq qurduğunu deyən Elmar Məmmədyarov ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm