Gələn il Qarabağ masasında razılaşma olacaqmı?
Bizi izləyin

Nida Xəbər

Gələn il Qarabağ masasında razılaşma olacaqmı?

2019-cu ildə Dağlı Qarabağ münaqişəsinin həlli mümkün olacaqmı?

Publika.az
xəbər verir ki, rusiyalı şərhçi Mixail Belyayev bu məsələni şərh edib.

Belyayev Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Milanda erməni həmkarı ilə qarşılıqlı anlaşmaya nail olduqları haqqında bəyanatını xatırladıb: “Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox əlverişli şərait yaranıb. Prosesin təfsilatı məlum deyil, lakin Bakı son həftələr “substantiv danışıqlar”ın aparılması haqqında danışır və baş verənlər əslində belə danışıqların başlandığı fikrini yaradır”.

Belyayev XİN rəhbərlərinin Milan görüşü haqqında Minsk qrupu həmsədrlərinin bəyanatına toxunub və burada iki məqamın diqqət çəkdiyini qeyd edib.

Birinci: Həmsədrlər Düşənbədə münaqişə tərəfləri arasında operativ əlaqənin yaradılması ilə bağlı razılaşmanı salamladılar. Onlar tərəfləri sülhün davam etdirilməsinə dəvət etdi.

İkinci: Həmsədrlər Azərbaycan və Ermənistan liderləri arasında yaxın gələcəkdə münaqişənin uzunmüddətli həllinə hesablanmış intensiv və nəticəyə yönəlmiş dialoqun olacağına ümid etdiklərini bildirdilər.

Birinci bənddə aydın görünür ki, həmsədrlər tərəflər arasında etibarın möhkəmləndirilməsinin davam edəcəyini güman edirlər. Hərçənd, Milan görüşünün bəyanatında bundan bəhs edilmir. Azərbaycan Prezidenti İlham Əliyev girovların dəyişdirilməsi məsələsində “hamı-hamıya” prinsipini təklif edir, Paşinyan bu ideyaya müqavimət göstərir. Çünki Dağlıq Qarabağda separatçılar tərəfindən tutulan azərbaycanlıları qaytarmalı olacaq, bu isə erməni diplomatiyasının Qarabağ siyasətinə zərbə olacaq. Lakin Ermənistanın girovların dəyişdirilməsi təklifinə qarşı çıxması etibarın möhkəmlənməsi siyasətinə qarşıdır. Bakı Ermənistanla sərhədə sərhəd qoşunlarını yerləşdirməklə etibarın möhkəmləndirilməsi təşəbbüsləri üzərindən İrəvanı “bombalayır”. Bu məsələdə təşəbbüsün Bakıya keçməsi erməni hökumətini ciddi sarsıdıb.

İkinci bənd “substantiv danışıqların” aparılmasına çağırışın edilməsidir. Yüksək səviyyədə intensiv danışıqların təşkili ilə bağlı müzakirələr aparılır, XİN rəhbərləri yanvarda yenidən görüşəcəklər. Faktiki olaraq, Ermənistan danışıqlarda resurslarını və rıçaqlarını itirir. Seçki başa çatdı, hakimiyyət 70 faiz səs aldı, lakin Paşinyan bu səslə xarici siyasətdə manevr imkanlarını daraltdı. Eyni zamanda, qoşunların təmas xəttində görünməmiş sakitlik müşahidə olunur”.

Belyayev hesab edir ki, Paşinyan danışıqlarda “Qarabağı tərəf” kimi göstərmək kartından istifadə etmək istəyirdi: “Lakin o, bu iddianı təmin edə bilmədi və bu gün danışıqlar Bakı ilə İrəvan arasında aparılır. Qarabağın tərəf olması ideyası ilə təkcə Azərbaycan yox, həmsədrlər də razılaşmadı. Bununla yanaşı, Paşinyan daxili siyasətdə “Qarabağ klanı”nı nəzərə alaraq, bu ideyanı kənara qoyur. Beləliklə, Azərbaycan xarici işlər nazirinin bəyanatı o haqda fikir yaradır ki, yeni ildə Bakı və İrəvan münaqişənin nizama salınması ilə bağlı unikal şans əldə edə bilərlər. Tərəflərin buna gedəcəyi yüksək səviyyəli ilk görüşdən sonra aydın olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm