“Əliyev mənə dedi ki...” - Azərbaycan liderindən müsahibə alan rus jurnalist MARAQLI MƏQAMLARI AÇDI
Bizi izləyin

Nida Xəbər

“Əliyev mənə dedi ki...” - Azərbaycan liderindən müsahibə alan rus jurnalist MARAQLI MƏQAMLARI AÇDI

Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alan “Rusiya 24” telekanalında “Mövqe” proqramının aparıcısı Evelina Zakamskaya “Moskva-Baku” portalına müsahibəsində öz təəssüratlarını bölüşüb.

Publika.az
xəbər verir ki, rusiyalı jurnalist indiyə qədər Azərbaycan Prezidentindən 5 dəfə müsahibə aldığını bildirib.

“Bu dəfə görüşəndə Prezident İlham Əliyev artıq 10 ildir tanış olduğumuzu qeyd etdi. Bu olduqca xoş idi. Mən Prezident İlham Əliyevdən ilk müsahibəni 2009-cu ildə almışam. O vaxtdan zahirən və ünsiyyətdə heç dəyişməyib. O, həmişə ciddi və işgüzardır, çünki bu, bir ölkənin həyatının yekunları və dünya arenasında yeri haqqında müsahibədir”, - deyə o bildirib.

Rusiyalı jurnalist danışır ki, müsahibə başa çatandan sonra İlham Əliyev qalxmağa tələsmir və biz müxtəlif mövzularda – ailə, hava durumu və s.- söhbət edirik: “Bu dəfə hiss etdim ki, Prezident İlham Əliyev sakit və inamlıdır, Azərbaycanda baş verənlər onun şəxsi həyatında da öz əksini tapır. Mən birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva ilə də tanışam, ondan iki dəfə müsahibə almağa nail olmuşam. Prezidentin qızı Leyla xanımla da tədbirlərin birində tanış olmuşam. Ümumiyyətlə, bu ailənin bütün üzvləri istedadlıdır”.

E.Zakamskaya Prezident İlham Əliyevin olduqca diqqətli olduğuna diqqət çəkib.

“Bildirdi ki, onunla birinci dəfə görüşəndə mənim saç düzümüm belə idi. Yəni o vaxtdan dəyişməyib. Bizim çəkiliş qrupunu Azərbaycanda həmişə qonaqpərvərliklə qarşılayırlar, budəfəki qarşılanmamız da olduqca səmimi oldu”, - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm