Millət vəkili: “Kremldə bilirlər ki, Paşinyandan dost çıxmaz”
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: “Kremldə bilirlər ki, Paşinyandan dost çıxmaz”

“Nikol Paşinyanın Moskva səfəri göstərdi ki, Rusiya Ermənistanın baş nazirinə qeyri ciddi siyasi fiqur kimi yanaşır və ona heç bir halda etimad göstərmək istəmir”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan əslində üzürxahlıq etmək niyyəti ilə Moskvaya səfər edib.

Deputat xatırladıb ki, Ermənistanda keçirilən parlament seçkilərindən əvvəlki təbliğat kampaniyası zamanı Paşinyan Rusiyanın əleyhinə bəzi fikirlər deyib:

“Bu sözlər də Rusiya tərəfindən soyuq qarşılanmışdı. İndi Paşinyan Moskvaya etdiyi günahları yumağa hazır olduğunu, dost əlaqələri qurmaq niyyətini açıqlamağa getmişdi. Amma Kremlidə bilirlər ki, Paşinyandan dost çıxmaz. Bu səbəbdən də ona hər hansı bir etimad göstərilmədi. Sadəcə, protokol xarakterli görüş oldu, müzakirələr aparıldı”.

A.Əlizadənin fikrincə, Rusiya prezidenti Vladimir Putinin Paşinyanın üzürxahlığını qəbul etməyəcək:

“Əslində Putin bir siyasətçi kimi çox kinlidir. O, belə halları heç vaxt yaddan çıxarmır. Putin görəndə ki, Ermənistanı illərdir yedirtməsinə baxmayaraq, indi onun əlini it kimi qapmağa çalışırlar, bu halda sözsüz ki, sərt reaksiyasını ifadə edəcək. Elə buna bir misal kimi, Paşinyanın Moskva səfəri zamanı Putinin Yerevanda həbsdə olan Robert Köçəriyana məktub yazmasıdır. Putin məktubunda Köçəriyanın Yeni il Bayramını təbrik edib və ona həbsxanada möhkəm olmağa səsləyib. Bu faktiki Paşinyana olan münasibətin göstəricisidir. Göstərilir ki, Moskva üçün Köçəriyan Paşinyandan daha dəyərlidir. Əlbəttə, Köçəriyan da əclafdır, amma Rusiyanın yetişdirdiyi əclafdır. Məktubla Paşinyana mesaj verilir ki, Köçəriyan bizim adamdır, onun erməni xalqını qarət etməsinə icazəni biz vermişik”.

Deputat qeyd edib ki, Rusiyada Paşinyanı ciddi qəbul etmirlər:

“Onu devirəcəklər. Bu qaçılmazdır. Tələsməyə dəyməz. Erməni xalqını elə həddə gətirəcəklər ki, günün birində durub Paşinyana deyəcək ki, istefaya getməlisən”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm