İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu
Bizi izləyin

Nida Xəbər

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir təşkil olunub.

Publika.az xəbər verir ki, Azərbaycan və Türkiyədən olan tanınmış ziyalıların, elm və mədəniyyət adamlarının, İSTAD üzvlərinin iştirakı ilə keçirilən tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə İSTAD sədrinin müavini, yazıçı-publisist Mətin Yıldırım 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ümumi məlumat verib.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu rəhbərlik etdiyi təşkilatın bu ilki səmərəli fəaliyyətindən və 2019-cu il üçün nəzərdə tutulan işlərdən danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm