Nida Xəbər
Akademik: "Nəsimi ili"nin elan edilməsi nəsimişünaslığın inkişafına təkan verəcək
Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir.
Bunu Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən
2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və
təqdirəlayiq hadisədir, ilk öncə ona görə ki, bu il bütün mütərəqqi
bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid
İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək və UNESCO
çərçivəsində də bu il Nəsimi ili elan edilir:
"Bizim üçün 2019-cu ilin Nəsimi ili elan edilməsi xüsusi əhəmiyyət
kəsb edir. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu
ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin
formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun
yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə
poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları
ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti,
həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün
sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı
“ənə-l-həq” deyən insanın möhtəşəm üsyanı idi. Nəsimi yaradıcılığı
istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər
növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və
gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad
edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi
yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə
qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın
yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər
möhkəm uzlaşır. Düşünürəm ki, möhtərəm Prezidentimiz tərəfindən
2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə nəsimişünaslığın
inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və
sənət əsərlərinin yaranmasını stimullaşdıracaq".
Akademik qeyd edib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək:
"Bir də əlavə etmək istərdim ki, bu kimi qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB