Nida Xəbər
“Nəsimi İli” düşüncə tariximizə verilən böyük töhfədir - Xalq artisti
Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi xəbərini böyük məmnuniyyət və sevinclə qarşıladım. Bu, Prezidentimizin Azərbaycan xalqının dahi şəxsiyyətlərinə, xüsusən, mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğısının bariz nümunəsidir.
Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.
“Biz hər zaman ölkə rəhbərliyi səviyyəsində teatra, mədəniyyətə, ədəbiyyata yüksək diqqət görmüşük. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət ili” elan olundu. İl ərzində bu Sərəncamdan irəli gələn bir çox vacib tədbirlər keçirildi. Əminəm ki, bu il də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi irsimiz, mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli tədbirlər keçiriləcək. Çünki Nəsimi təkcə şair yox, həm də sufidir, mütəfəkkirdir, böyük düşüncə və mənəviyyat adamıdır. Onun yaradıcılığı, sənətkarlığı çox ucadadır. Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. O, dünya vətəndaşı, bəşəri şəxsiyyətdir, bütün dövrlərin qürurudur. Hesab edirəm ki, Prezidentimizin bu qərarı bizim düşüncə tariximizə verilən böyük töhfədir. Eyni zamanda Nəsiminin irsinə yüksək münasibətdir”, - deyə A. Nemətov söyləyib. (azərtac)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?